Cevap eklenmemiştir
Offline
Son giriş: 26/05/2011
2. HİKMƏT DAMLALARI

QƏTİYYƏT və SƏBİR

“Alicənab insan özündən çox şey, başqalarından az şey gözləyər” (Konfutsi )

Səbir çətinliklərə qalib gəlmək üçün ən böyük silahdır. Əslinə baxsaq, insanların ən böyük dostu da çətinliklərdir. Çünki insan çətinliklərin köməyi ilə təcrübə qazanır. İLk baxışda zəhmət kimi görünən şeylərin altında rəhmət yatır. Əgər getdiyimiz yolda heç bir çətinlik yoxdursa, bilin ki, o yolun sonu da yoxdur. Həyat hərəkətdir, hərəkətsizlik isə ölüm. İngilis şairi və yazıçısı Milton (1608-1674) gözlərini itirsə də ruhdan düşməmiş, əksinə ən böyük əsərlərini, xüsusilə də yaradıcılığının ən parlaq nümunələrindən sayılan “İtirilmiş Cənnət” və “Yenidən Qazanılmış Cənnət” əsərlərini ömrünün bu çətin dövründə yazmışdır.

Çox problemlə qarşılaşan insan ən təcrübəli insandır. Əsas məsələ problemdənqaçmaq yox, onu həll etməyə çalışmaqdır. Unutmayın! Müharibədə ən çox yara alanlar cəbhədən qaçanlardır!

3. DİBSİZ QUYU

Quranın ifadəsi ilə bir oyun və əyləncə olan həyat Peyğəmbərimizə (s.av) görə göz açıb yummaq qədər qısadır. Və bu qısa həyatın 15-20 ilini yatmaqla , 5-10 ilini yeməklə, 10-15 ilini oxumaqla, 5-10 ilini də televizora baxmaqla keçiririk. Yerdə nə qalırsa, ona “Həyat” deyirik....

Bütün axşamlarımızı heç bir iş görmədən televizor qarşısında keçiririksə, deməli həyatımızın böyük bir hissəsini “havaya sovurururq”. Bləliklə həyatdan uzaqlaşır, həm də tanımadığımız ölkələrin tanımadığımız aktyorlarınnın şux qəhqəhələrinə, dedektivlərin “şıltaqlıqlarına”, qanlı cinayətkarların heç bir sərhəd tanımayan cinayətlərinə “ortaq oluruq”. Bəlkə də elə buna görə televizoru son illərin ən dəhşətli “zaman qayçısı” adlandırırlar. Halbuki, bu “zaman Qayçısı”ndan xilas olmaq da, vaxtımızı daha qiymətli şeylərə sərf etmək də öz iradəmizdən asılıd

Yorumlar

(X)
Kapat
-->